Azərbaycanda martın 28-də cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Həmçinin axtarışda olduğuna görə, ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı doqquz fakt müəyyən edilib.