Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 1.5 kiloqrama yaxın heroin, 63 kiloqramdan artıq marixuana və 500 qrama yaxın metamfetamin olub.