Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədovun məruzə ilə çıxış edərkən bildirdiyinə görə, 2013-cü ildə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında qətiyyətli addımlar atılıb.
Həyata keçirilən profilaktik tədbirlər nəticəsində hesabat dövründə əvvəlki illərlə müqayisədə cinayətlərin dinamikasında azalma davam etdirilir və muxtar respublikada cəmi 16 cinayət hadisəsi qeydə alınıb.
Qeyd olunub ki, 2013-cü ildə baş vermiş cinayətlərin açılması 100 faiz təmin edilib.
Xatırladaq ki, son məlumatlara görə, Naxçıvan Muxtar Respublikasında yaşayan əhalinin sayı 435 min nəfəri ötüb.