“Bu yaxınlarda tamaşaçıların qarşısına yeni layihə ilə gələcəm”.
Oxu.Az Gecce.az-a istinadən xəbər verir ki, bu yaxınlarda rəqqasə Aytənlə iş birliyinə imza atan Asena, bu dəfə növbəti azərbaycanlı rəqqasə-müğənni Sevda Sanəliyevayla bir araya gələcək.
Bu barədə Sevda Sanəliyeva özü Gecce.az-a məlumat verib.
Bir proyekt üzərində çalışdıqlarını söyləyən Sevda Asena ilə Türkiyə səfərinin birində rastlaşdıqlarını və bu proyekti o zaman gerçəkləşdirməyi planlaşdırdıqlarını söyləyib. Məhz bununla əlaqədar yenə Türkiyəyə səfərə yollanan sənətçi, nəzərdə tutulan bu iş birliyinin Bakıda həyata keçiriləcəyini deyib.
Rəqqasə-müğənni daha böyük bir proyekt üzərində çalışdığını da gizlətməyib. O, bu proyektin isə sırf özü ilə bağlı olduğunu dilə gətirib. Bu yaxınlarda tamaşaçıların qarşısına yeni layihələrlə gələcəyini deyən Sevda, çoxdandır görünməməyinin səbəbini məhz bununla əlaqələndirib.
Qeyd edək ki, Sevda Sanəliyeva dünən gecə saatlarında Bakıya dönüb.
