Bu gün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2016-cı ilin yekunlarına dair hesabat-mətbuat konfransı keçirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hesabatda bildirilib ki, qeyd edilən ildə korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb.
Axtarışda olan 24 nəfər saxlanılıb. Cinayət işləri üzrə vurulmuş 202 milyon manat məbləğində ziyanın 33 milyonu ödətdirilib.
Dövlət və özəl sektorda işləyən 313 vəzifəli şəxs barəsində 201 cinayət işi açılıb. İdarə tərəfindən cinayət işləri üzrə 78 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.
A.M.