Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi
Ərini balta ilə öldürmək istədiyi üçün 9 il həbsə məhkum edilən 29 yaşlı Lalə İmaşovanın hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, üç uşaq anası olan L.İmaşova məhkəmədən övladları böyüyənə kimi azadlıqda qalmasına icazə verilməsini xahiş edib.
Onun vəkili Altay Mirzəyev hakimlərin diqqətinə çatdırıb ki, keçən müddətdə zərərçəkmiş şəxslə barışıq əldə edilib, hazırda şikayəti yoxdur. Vəkil müvəkkilinin ən kiçik övladının 14 yaşına çatana kimi hökmün icrasının təxirə salınmasını istəyib.
Sonuncu iclasda prokuror da xanım müttəhimə münasibətdə daha yüngül cəza təyin edilməsində maraqlı olub. O, Lalə İmaşovanın üç övlad anası olmasını, qarşı tərəflə barışığı müstəsna hal kimi nəzərə alaraq cəzanın 9 ildən 5 ilə endirilməsini təklif edib.
Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi isə vəkil və prokurorla razılaşmayıb. Hakimlər belə qənaətə gəliblər ki, əvvəl təyin edilmiş cəzanın 4 il azaldılması və ya təxirə salınması törədilmiş cinayətə münasibətdə ədalətli olmaz. Yekun qərarla Lalə İmaşovanın cəzası 14 ay 5 gün azaldılıb.
Qeyd edək ki, L.İmaşova əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib. Əri məhkəmədə Lalədən şikayətçi olub, cəzalandırılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İmaşova 9 il azadlıqdan məhrum edilib.
"Qəsdən adam öldürməyə cəhd" teqi üzrə xəbərlər
- Elnarənin başına daşla vurularaq öldürüldüyü yerdən GÖRÜNTÜLƏR
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Həyat yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR
- Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
- Keçmiş arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı
Rəylər