Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Özünü dövlət qurumunun əməkdaşı kimi tanıdan şəxs həbs edildi
Qadına qarşı dələduzluq edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunan 33 yaşlı Nurlan Əhmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs Lənkəran sakini olan bir nəfər qadına özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və müavinət düzəltmək adı ilə 1 025 manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
N.Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: "Dedi ki, 93 min dollar donorun qiymətidir"
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Külli miqdarda dələduzluqda ittiham olunan şirkət nümayəndəsinə cəza istənilib
- İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı
- Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA
Rəylər