Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb](https://images.oxu.az/2024/12/25/MXjmHgArHvBZ9wYmYjHHaHqZeFEO1lk5Wwm4WXh9:1200.jpg)
Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Sabunçu, həmçinin, Ağdaş, Beyləqan, İsmayıllı, Ucar, Cəlilabad, Masallı, Zaqatala və Tovuz rayonlarında keçirilən növbəti tədbirlər zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 17 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlarla bağlı həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
"Pirotexniki vasitələr" teqi üzrə xəbərlər
- Almaniyada Yeni il gecəsi fişəng partlayışları faciə ilə bitib: Ölənlər və yaralananlar var
- Cəlilabadda azyaşlının əlində pirotexniki vasitə partladı: Ağır yaralandı
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 15 nəfər müəyyən olunub
- Bakıda minlərlə pirotexniki vasitə satan şəxs müəyyən edildi
- Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb
Rəylər