Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 74 000 manat pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb.
Faktl bağlı araşdırma aparılır.
Rəylər