Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paytaxtda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı evlərdən birindən oğurluq edən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Emin Məmmədov saxlanılıb. Onun mənzildən 1 500 manat oğurladığı müəyyən olunub. E.Məmmədovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bir ayda dövlət sərhədində dəyəri dörd milyon manata yaxın qaçaqmal tutulub
- Neftçalada narkokuryer saxlanılıb
- Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib
- Xaçmazda narkotiklərin satışını təşkil edən iki nəfər saxlanılıb
- DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib