Dövlət Yol Polisi İdarəsinin sürücülərə qarşı başladığı reyd davam edir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Babək prospektində maşını sərxoş halda idarə edən sürücü saxlanılıb.
“Mercedes” markalı maşının sürücüsü yol patrul xidməti əməkdaşlarına müqavimət göstərməyə çalışıb. O, hətta maşınında olan spirtli içkini polisin qarşısında başına çəkib.
Karate ilə məşğul olduğunu deyən sərxoş sürücü ANS-in kamerasına əl atıb. O hətta xüsusi fənd işlətməyə cəhd edib. Lakin polislər ona imkan verməyiblər.
Reyddən sonra sürücü ekspertizaya, maşını isə cərimə meydançasına aparılıb.
E.Ə.
www.oxu.az