Ötən gün Bakının Binəqədi rayonunda yaşlı qadın vəhşicəsinə döyülüb.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 19:55-də Xocahəsən qəsəbəsində baş verib.
Belə ki, sakinlər 60 yaşlı B.Ş.-ni qan içində küçədə tapıblar. Qadını həkimə aparıblar və ona ilkin tibbi yardım göstərilib. Daha sonra müalicə üçün evə buraxılıb.
İlkin ehtimala görə, qadın ailə üzvləri tərəfindən döyülüb. Hələlik hadisənin səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.