Peterburqun Viborsk rayon cinayət axtarış bölməsi bir neçə gündür ki, qızlara hücum etməkdə və onları oğurlamaqda şübhəli bilinən azərbaycanlını axtarır.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərin Vıborq rayonunda açılan cinayət işi bir neçə epizodu əhatə edir.
Cinayətlər bu ilin mart ayının əvvəlində baş verib və martın 5-də isə işin fiqaurantının kimliyini müəyyən ediblər. Məlum olub ki, kişi Peterburqda başqa soyad ilə yaşayır, əvvəllər isə dəfələrlə məhkum edilib.
Martın 2-də iki qadına təcavüz edən şəxsin martın 5-də sayca 3-cü zorlama faktını törətdiyi məlum olub. Bütün hallarda cinayətkar eyni sxemdən istifadə edib – gecə klublarından çıxan qızları öz “Ford Fokus” maşınına mindirib və gözdən uzaq yerə apararaq zorlayıb.
Martın 4-də Qriboyedov kanalında barın yaxınlığından cinayətkar gənc adamı və onun bərk sərxoş olan rəfiqəsini onların göstərdiyi ünvana aparmağı boynuna götürüb. Sərnişinlər Şücaət meydanına çatdıqda gənc adam yol haqqını ödəyərək maşından enib, həmin an cinayətkar qazı basaraq qızı qaçırdıb. Peterburqlu “02”-yə oğurluq barədə məlumat verib. Onlarla polis rayonu mühasirəyə almağa çalışsa da, qurbanı bir saat sonra Ozerkov rayonu ərazisində tapılıb və o da əvvəlki qızlar kimi təcavüzə uğramışdı.
Əməliyyatçların sözlərinə görə, bütün hallarda maşının nömərsi palçıq ilə örtülmüş olub.
Şübhəlinin avtmobili aşkar edilib, amma sürücü orda olmayıb. Xarici maşının yanında qurulan tələ də nəticə verməyib.
Sonradan həmin maşının 31 yaşlı Kosmonavt şəhər sakini və Azərbaycan vətəndaşı Taral Mehdiyevin adına olduğu, lakin əslində cinayətkarın əsl soyadının Məmmədov olduğu aydınlaşıb.
Məmmədovun zəngin kriminal keçmişə malik olduğu, “quldurluq”, “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə həbsdə olduğu məlum olub.
www.oxu.az