Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlanıldı
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin səyyar satışını həyata keçirən A.Əzizzadə müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkar edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Oğuzda NARKOTİK ƏMƏLİYYATI - Üç nəfər saxlanıldı
- Dələduzluq təhdidi: Süni intellekt vasitəsilə çağırışlar yayılır
- Polis Bakıda 11 elektromobildən oğurluq edən şəxsi saxladı
- Əlavə gəlir qazanmaq istəyən şəxs 21 min manatından da oldu
- Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib
Rəylər