Azərbaycanın hüquq-mühafizə orqanları əxlaqsızlıq yuvalarına qarşı daha bir əməliyyat keçiriblər.
Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Amsar kənd sakini Tural Sultanovun gəlir əldə etmək məqsədi ilə evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.