Mingəçevir şəhərin məşhur kafesi fahişəxana çıxdı.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindnə həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Cavanşir Quliyevin “Dəli Kür” kafesində fahişəxana açdığı məlum olub.
Verilən məlumat dəqiqləşdiriləndən sonra Cavanşir Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.