Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polkovnik, arvadı və qardaşının öldüyü qəza ilə bağlı HƏBS QƏRARI
Ötən il Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Omarşa Kərimova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi O.Kərimovu Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.
Bildirilib ki, O.Kərimov hadisə vaxtı "Schmitz" markalı TIR-la İrandan Rusiyaya 19 ton gilas aparırmış. Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olarkən onun idarə etdiyi yük maşını Məhərrəm Fərziyevin sürdüyü VAZ-2105 markalı avtomobillə toqquşub. Nəticədə M.Fərziyev, həyat yoldaşı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyev vəfat edib. Onlar Lənkəranda toyda iştirak edib Bakıya qayıdırmışlar.
O da məlum olub ki, qəzada vəfat edən Məhərrəm Fərziyev Müdafiə Nazirliyinin pensiyaya çıxmış polkovniki olub. Ehtiyatda olan zabit "Sabit" mühafizə şirkətində baş inspektor vəzifəsində çalışırmış. Mərhumun yaxınları məhkəmə iclasında hadisənin qəsdən törədildiyini, qəzadan sonra M.Fərziyevin qətlə yetirildiyini iddia ediblər. Onlar bunu M.Fərziyevin nəşinin qəza baş verən yerdən bir qədər aralıda tapılması ilə izah ediblər. Lakin bu iddialar məhkəmə istintaqı tərəfindən qəbul edilməyib.
Məhkəmənin 13 sentyabr tarixli hökmü ilə qəzanı törədən Omarşa Kərimova 9 il həbs cəzası verilib. Onun əlavə olaraq 4 il nəqliyyat vasitəsini idarə etmək hüququ da məhdudlaşdırılıb.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Lənkəranın sabiq baş memarına daha bir cinayət əməlinə görə hökm oxunub
- Rüşvət alan xəstəxana rəhbəri və həkimə şərti cəza verildi
- Sevgilisini öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşdı - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
- 13 yaşlı qızını öz sevgilisi ilə görüşdürdü, çılpaq videolarını göndərdi: Beyləqanda dəhşətli olay
- "Bank of Baku"nun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb - MƏHKƏMƏ
Rəylər