Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub.
Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev bildirib ki, dövlət ittihamçısı çıxış edib:
"Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib".
Bundan başqa, prokuror hakimdən R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib.
Növbəti proses dekabrın 23-də keçiriləcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
E.Ə.
www.oxu.az