İstintaq təcridxanasına konfetin içərisində narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İxtiyar Sabir oğlu Tahirovun tanışı Yeganə Tahir qızı Rəşidinin gətirdiyi sovqata baxış keçirilib.
Bu zaman “Truffel” konfetinin içərisində gizlədilmiş 1 ədəd təxmini çəkisi 6,5 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.