Hacıqabul rayonunda qısqanclıq ağır cinayətə səbəb olub.
Oxu.Az xəbər verir ki, Qaradağ rayon prokuroru Tariyel Qurbanov Milli.Az-a açıqlamasında bildirdi ki, Elbrus Məmmədov dünən qardaşının həyat yoldaşı, 34 yaşlı Mahirə Məmmədovanı öldürüb. O, Mahirəyə 3 bıçaq zərbəsi vurmaqla qətlə yetirib.
Bir müddət əvvəl həyat yoldaşını itirən Mahirə Məmmədovanın texnikumda oxuyan oğlu, 12 yaşında qızı var. Dünən qaynı Elbrusun evinə gedən Mahirənin oradan meyiti çıxıb.
Qaynı onu başqa kişilərlə gəzməkdə günahlandıraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.