Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qarlı havada avtoxuliqanlıq edən sürücü həbs olundu
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü Kamran Şükürov saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, o, idarə etdiyi VAZ-2109 markalı avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə K.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.
"Avtoxuliqanlıq" teqi üzrə xəbərlər
Ən çox oxunanlar