Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı
Qaxda evdən kişi meyiti tapılıb.
“Report”un məlumatına görə, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub.
Ən çox oxunanlar