Goranboyda amansız cinayət hadisəsi törədilib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Nicat Həsənov qayınatasının evində 30 yaşlı arvadı Günay Quliyevanı bıçaqla öldürüb.
Goranboy rayon sakinlərinin dediyinə görə, heç bir il deyildi ki, toyları olmuşdu:
“Toydan az sonra yola getmədilər, qız tez-tez küsüb atasının evinə gedirdi. Elə hadisə də həmin evdə baş verdi. Əri gedib onu ata evində bıçaqdan keçirdi”.
Goranboy Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Gənclər və İdman Mərkəzində müəllim işləyən N.Həsənov bir neçə ay əvvəl Günayla evlənib. Rayondakı orta məktəblərdən birində müəllim işləyən Günay hadisədən bir neçə gün əvvəl əri ilə dava edərək ata evinə gedib. Nicat isə hadisə günü onu evinə qaytarmaq üçün qayınatasının evinə gedib. Elə orada mübahisə düşüb və arvadına elə qayınanasının gözləri qarşısında 10-dan artıq bıçaq zərbəsi vurub. G.Quliyeva xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Hazırda N.Həsənov polis nəzarətinə alınıb və onun dindirilməsindən sonra bəzi qaranlıqlara da aydınlıq gətiriləcək.