Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qazaxlı Alik"in oğluna HÖKM OXUNDU
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az APA-a istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
F. Muradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.
Cinayət işi üzrə yeddi nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
- 9 illik azadlıqdan məhrum edilən şöbə rəisi Elşən Quliyevə cüzi güzəşt edildi
- Evlərinə qonaq gələn şəxsi bıçaqlayan sərxoş kişi azadlığa buraxıldı
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu