Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rihanna göz yaşlarını saxlaya bilmədi: Sevgilisi A$AP Rocky ilə bağlı məhkəmə qərarı açıqlandı
Məşhur müğənni Rihannanın sevgilisi, amerikalı rep ifaçısı A$AP Rocky-yə (əsl adı - Rakim Mayers) 2021-ci ilin noyabrında baş vermiş atışma hadisəsi ilə əlaqədar qərar açıqlanıb. Andlılar məhkəməsi onu təqsirkar bilməyib.
Oxu.Az bu barədə "NBC News" telekanalına istinadla məlumat yayıb.
Bildirilib ki, məhkəmə prosesi üç gün davam edib. Reper 24 ilədək həbs cəzası ala bilərdi.
Hakim hökmü oxuyan kimi, A$AP Rocky sevgilisinin yanına qaçıb onu qucaqlayıb. Bununla bağlı yayımlanan kadrlarda ifaçının ailəsi və Rihannanın göz yaşlarını saxlaya bilmədiyi görünür.
"Şöhrət yalnız Tanrıya məxsusdur! Onun mərhəməti qarşısında minnətdar və itaətkaram", - deyə Rihanna məhkəmə prosesi bitdikdən sonra "Instagram"da yazıb.
Xatırladaq ki, A$AP Rocky 2021-ci il noyabrın 6-da baş vermiş atışma ilə əlaqədar istintaq altında idi. Zərərçəkənin iddiasına görə, tapança ilə silahlanmış reper daha iki nəfərin müşayiəti ilə küçədə ona yaxınlaşıb, bir neçə dəfə atəş açıb və qolundan yaralayıb.
Prokurorluq musiqiçiyə 180 gün həbs, üç il sınaq müddəti və 500 saat ictimai iş təklif edib. Lakin o, günahını etiraf etməkdən imtina edib və məhkəmədə öz günahsızlığını müdafiə edib.
Reperin vəkili Co Takopina ittihamın əsassız oılduğunu vurğulayıb.
"Bu gün ədalətin zəfər çaldığı gün idi. Andlılar məhkəməsi heyətinin ittihamın bütün əsassızlığını görməsindən məmnunuq", - deyə o bildirib.
Takopina, həmçinin əlavə edib ki, biraylıq dinləmələrdən sonra qərarın sürətli çıxarılması (dörd saatdan az müddətdə) prokurorların dəlillərinin zəifliyindən xəbər verib.