Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Rihannanın sevgilisi silahlı hücumda ittiham olunur - FOTO
Məşhur pop müğənni Rihannanın sevgilisi, reper ASAP Rocky (əsl adı Rakim Mayers) silahlı hücumda ittiham olunub.
Bu barədə Los-Anceles Dairə Prokurorluğunun (ABŞ, Kaliforniya ştatı) ofisi məlumat yayıb.
Bildirilir ki, hadisə 2021-ci ilin noyabrında baş verib. Mübahisə zəminində məşhur rep ifaçısı keçmiş dostuna yarımavtomat silahdan iki dəfə atəş açıb.
ASAP Rocky avqustun 17-də rəsmi ittiham üçün məhkəməyə çağırılıb.
Xatırladaq ki, mayda müğənni Rihanna və ASAP Rocky ilk dəfə valideyn olublar. Onların oğlu dünyaya gəlib.
Mənbə: TASS
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar