Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub
Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş İlqar Nəsirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 20 ədəd çətənə kolu və bir kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Məhkəmənin qərarı ilə İ.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Bakıda dəhşətli CİNAYƏT: Salam verdiyi üçün ÖLDÜRÜLDÜ
- ABŞ-də evsizlərlə mübarizədə qəribə təklif
- Polis soyuducuda dörd kiloqram narkotik vasitə gizlədən şəxsləri saxladı
- Ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
- İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı