Gəncədə qızıl-zinət əşyalarını talayan şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, şəhər ərazisində yerləşən mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək tutulub.

Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Faktla bağlı araşdırma davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12