Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qohumunu söyüşə görə bıçaqlayaraq öldürən şəxsə hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə qətl törətməkdə təqsirləndirilən Ərəstun Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ərəstun Orucov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da saat 17 radələrində Tərtər rayonu, Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ərəstun Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məhkəmə iclasında Ərəstun Orucov elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, hadisədən əvvəl qohumu Müşviq Orucovu onun ailə üzvlərini söyərək təhqir edib.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
- 9 illik azadlıqdan məhrum edilən şöbə rəisi Elşən Quliyevə cüzi güzəşt edildi
- Evlərinə qonaq gələn şəxsi bıçaqlayan sərxoş kişi azadlığa buraxıldı
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu