Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qonaq getdiyi evdən qızıl oğurlayan qadın tutuldu - VİDEO
Abşeron rayonu Mehdiabad qəsəbə sakini Hüseynova Rəvanə Namiq qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Oxu.Az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, qadın ifadəsində evdə rəfiqələri ilə olduğunu, onları yola salıb qayıtdıqdan sonra qızıl-zinət əşyalarının oğurlandığı bildirib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseynovanın rəfiqələri polis idarəsinə dəvət olunub.
Onlarla aparılan söhbət zamanı müəyyən edilib ki , rəfiqələrdən Behbudova Şirinbacı Ələkbər qızı ev sahibəsinin başının qarışdığını görərək qızılları oğurlayaraq çantasına qoyub.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- 28 May qəsəbəsində evlərə dolan suyun çəkilməsinə başlandı
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- İşlədiyi şirkətin 75 min manata yaxın pulunu mənimsəyən satış təmsilçisinə şərti cəza verildi
- Abşeronda üç nəfərə otuz min manatdan çox ziyan vuran şəxslər SAXLANILDILAR
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb