Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra məhkəmə hökmü elan edərək Təhminə Abuşovanı 3 il müddətinə azadlıqdan məhrum edib.
Onun çəkdiyi cəza da çıxılmaqla təqsirləndirildiyi maddənin birinci hissəsinə tövsif edilib. Bununla da o, 6 aydan sonra azadlığa çıxa biləcək.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli