Quba rayonunda baş verən qəzada ölən piyadanın kimliyi müəyyənləşib.
APA-nın məlumatına görə, ölən şəxs rayon sakini Məmmədov Zülfüqar Etibar oğludur.
18:20
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Xucbala kəndi ərazisində qeydə alınıb.
Nəqliyyat vasitəsi yoldan keçən piyadanı vuraraq öldürüb. Onun şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.