Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Rauf Mirqədirovun vəkilləri onun tutulmasının qanunsuz hesab edilməsi barədə iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət ediblər.
Qeyd edək ki, R.Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.