Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rəşad Dağlı Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşəcək
Qətl törətməkdə təqsirləndirilərək həbs olunan meyxanaçı Rəşad Dağlı ilə ailəsi sabah görüşəcək.
Oxu.Az “interpress.az”az-a istinadən məlumat verir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan meyxanaçı ilə ailə üzvlərinin görüşünə icazə verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirmək şübhəsi ilə saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Rəşad Dağlı" teqi üzrə xəbərlər
- Rəşad Dağlının qətl törətdiyi avtomobil satışa çıxarıldı
- Pərviz Bülbülə: “Meyxana ikiüzlülükdür” - VİDEO
- Meyxanaçı Mircəlal: “Rəşad Dağlı gəlsəydi, hamısı toyda olacaqdı” - VİDEO
- Ayağa qalxın, hakim gəlir! - 2023-cü il məhkəmə proseslərinin YEKUNLARI
- Səfirliyimizə hücum, deputatın güllələnməsi, “Nərmin işi”ndə son pərdə, rektorun qətlindəki sirr - FOTO/VİDEO