Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Restoranda dava: Kababçı müştərini döydü](https://images.oxu.az/2025/01/11/E52jclsDTRLcXlt0uTZIrnhyHMSp9tOBn4XNMtkV:1200.jpg)
Restoranda dava: Kababçı müştərini döydü
Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən "Babanın Kafesi" adlanan restoranda müştərini döyən kababçı cəzalandırılıb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, sözügedən restoranda kababçı işləyən 1982-ci il təvəllüdlü Tural Hüseynov (soyad şərti) orada müştəri qismində əyləşən Hikmət adlı şəxsi döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.
Məlum olub ki, zərərçəkmiş Hikmət canlı musiqi dinləmək və yeyib-içmək üçün restoranın səhərə kimi işləməsini tələb edib. Kababçı Tural isə ona öz etirazını bildirib və yumruqla gözünün sol tərəfindən vuraraq xəsarət yetirib, sonra isə əlləri ilə onu itələyərək yerə yıxıb.
Məhkəmənin qərarı ilə Turala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Arvadını üzqırxana görə döyən şəxsə hökm oxundu
- Mübahisə etdiyi şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxundu
- Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu
- 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ
Rəylər