Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan Elsevər Qəhrəmanov tutulub.
Onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə təqsirli bilindiyi bildirilib.