Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oqtay Həsənov tutulub.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 102-ci (qəsdən adam öldürmə), 125-ci (adam oğurluğu) və 147-ci (dələduzluq) maddələri ilə axtarışda olub.