Rusiya ərazisində cinayət törətmiş şəxs Azərbaycanda saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Nicat Kiçibəyov tutulub.