Rusiya Federasiyası Vladimirsk vilayəti üzrə İstintaq Komitəsinin istintaq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Ağabala Hacıyevə qarşı açılmış cinayət işi başa çatdırılıb.
Oxu.Az xəbər verir ki, o, RF Cinayət Məcəlləsinin m.30.b.3, m.291.b.3 (rüşvət verməyə cəhd) ilə nəzərdə tutulmuş cinayətlərdə ittiham edilir.
İstintaqın versiyasına görə, qardaşının törətdiyi cinayət üçün 4 il müddətində azadlıqdan məhrum olduqdan və cəzasını çəkmək üçün Kovrovsk rayonunda yerləşən islah koloniyasına yerləşdirildikdən sonra o, qohumuna yardım etmək fikrinə düşüb.
2014-cü ilin aprel ayının 16-da o, koloniyaya gəlib, bölük rəisi ilə danışıb və qardaşı üçün rahat şəraitin yaradılmasını, sonradan isə şərti azad edilməsinə vasitəçi olmağı xahiş edib, qanunsuz xahişi üçün səlahiyyətli şəxsə 5 min rubl verib.
2014-cü il mayın 6-da Hacıyev Rusiyanın Federal xidmət idarəsinin əməkdaşına daha 5 min rubl və bahalı içkilər verib.
Baş verənlər barədə islah idarəsinin əməkdaşı lazımi təhlükəsizlik xidmətinə bildirib və rüşvətin əlamətlərini əlavə edib.
Cinayət işi açıldıqdan sonra şübhəli bilinən şəxs istintaqdan gizlənib və vətənə qayıtmağa cəhd edib.
Axtarış tədbirləri nəticəsində 2015-ci ilin mart ayının 5-də o, Moskvada saxlanılıb və məhkəmənin vasitəçiliyi ilə həbs olunub.
Dindirilmə zamanı kişi, öz hərəkətlərinin izahı kimi “yaxşı münasibətə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlıq etməyin lazım olduğunu” bildirib.
İstintaq tərəfindən yetərli sübut toplanılıb və bununla əlaqədar cinayət işi baxılması üçün ittihamnamə ilə məhkəməyə təqdim edilib.