Rusiyada federal axtarışda olan 35 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb, Rusiya DİN-in saytı məlumat verir.
Oxu.Az-ın verdiyi xəbərə görə, o, Smolensk vilayətində dövlət sərhədlərini keçərkən bir sıra ağır və xüsusi ağır cinayətlər törətdiyinə görə federal axtarışa verilib.
Azərbaycanlı Rusiya Federasiyasının ərazisinə qatarla keçməyə çalışıb, bu zaman o, saxta sənədlər təqdim edib.
Saxta sənədlərdən istifadə faktı üzrə materiallar Smolensk vağzalının polis şöbəsinə ötürülüb, cinayətkar isə saxlanılıb.