Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111.4-cü maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Elvin Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az