Tomskın (Rusiya) Leninqrad rayon məhkəməsi Azərbaycanın Qazax rayonunda saxlanılan Elşad Əsgərovu iri həcmdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Əsgərova dair cinayət işinin istintaqı Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti (NNFX) tərəfindən həyata keçirilib.
Əsgərov qəti-imkan tədbiri kimi başqa yerə getməmək barədə iltizam imzalayıb.
Cinayət işi məhkəməyə göndərildikdən sonra ittiham edilən şəxs üzərinə düşən öhdəçiliyi pozaraq məhkəmədən yayınıb. Bununla əlaqədar 2014-cü ilin avqust ayında axtarışa verilib. İki il yarım müddət keçdikdən sonra Azərbaycan Respublikasının Qazax rayonunda saxlanılıb.
Ekstradisiya yoxlamasından sonra beynəlxalq hüquq normalarına müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq orqanlarına Əsgərovun Rusiya ərazisində törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməsi üçün ekstradisiyasına dair xahiş göndərilib.
Nəticədə Əsgərov Tomska gətirilib. Tomskun Leninqrad rayon məhkəməsinin qərarı ilə ona 4 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası verilib. O, cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.