Rusiya Federasiyasının İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq orqanları tərəfindən yerli sakinin qətlinə dair 1994-cü ilin dekabr ayında qaldırılmış cinayət işinin araşdırılması davam edir.
Oxu.Az bu barədə Komitənin saytına istinadən xəbər verir.
Ötən illərin cinayət işlərinin üstünün açılmasına dair planlı iş nəticəsində cari cinayətin törədilməsinə aidiyyatı olan şəxsin kimliyi müəyyənləşdirilib və o, saxlanılıb.
Bu, 45 yaşlı Azərbaycan vətəndaşıdır, ona qarşı Rusiya Federasiyası CM-nin 103 m. (qətl) nəzərdə tutulub. Cinayət üzrə ittiham irəli sürülüb.