Otuz sutkalıq həbs. Çərşənbə günü Vıborsk rayon məhkəməsi Eldar Musayevə qarşı həbs-qətimkan tədbiri seçib. Əslən Azərbaycandan olan 28 yaşlı kişi idmançı İvan Staninin qətlində ittiham edilir.
Oxu.Az “KP”-ya istinadən xəbər verir ki, boksçu dörd bıçaq yarasından həlak olub, zərbələrin ikisi ürəyinə tuş gəlib. Hadisə martın 30-da Severni prospektində “Sosnovka”nın yanında baş verib. İçərisində üç gənc adamın olduğu “Land Rover” markalı avtomobilin yolunu “İnfiniti” kəsib. Maşından əlində bıçaq olan qafqazlılar düşüb. Onlar İvanı öldürüblər. Onun dostu Boris Kupryakovu yaralayıblar.
Üç ay keçdikdən sonra qatil vəkil ilə bərabər özü müstəntiqlərin yanına gəlib. Musayev “İnfiniti”nin sükanı arxasında olub. O deyir ki, yolu kəsdikdən sonra üzr istəməyə çıxıb, amma idmançılar ilə mübahisə düşüb.
“Bıçaq görməmişəm, mən öldürməmişəm”, - müttəhim inadla bildirib. Müstəntiqlər onun yalan danışdığını düşünürlər.
Qanlı davanın iştirakçıları dəlilləri məhv ediblər: bıçaqlardan yaxa qurtarıblar, həmin gecə əyinlərində olan paltarları yandırıblar.
Hadisəyə aidiyyatı olan digərlərinin axtarışı davam edir.