Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada azərbaycanlı cinayətkar həbs olundu – Əməliyyat çəklişi
2010-cu ildə adam oğurluğu cinayətində iştiraka görə federal axtarışa verilən Azərbaycan vətəndaşı Ryazanda həbs olunub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, istintaq orqanlarından gizlənən azərbaycanlı əvvəlcədən razılaşmaq yolu ilə qrup şəklində adam oğurluğu ilə məşğul olmaqda ittiham edilir.
Adı açıqlanmayan soydaşımızın konkret olaraq hansı iş üzrə federal axtarışa verildiyi açıqlanmır. Daxili İşlər Nazirliyinin Nevski rayonu üzrə idarəsinin əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində 34 yaşlı Azərbaycan vətəndaşının Ryazanda olduğu müəyyənləşib və o xüsusi əməliyyat nəticəsində həbs edilib.
Hadisənin təfərrüatları istintaqdan sonra məlum olacaq.