Bakı-Sumqayıt yolunda yük maşını aşıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə saat 9:30 radələrində Saray postuna yaxın ərazidə baş verib.
“Kamaz” markalı yük maşınının içərisində olan xurma yola dağılıb. Hadisə ilə əlaqədar yolun Bakı istiqamətində böyük tıxac yaranıb.
Polis yük maşınının yoldan kənarlaşdırılmasına çalışıb (Trend).