Azərbaycanın ilk “Eurovision” təmsilçisi Samir Cavadzadə solo konsert verməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu baradə müğənni “Onlar” verilişində məlumat verib.
Cavadzadə konsert barəsində bunları söyləyib:
“Yazda ilk solo konsertim baş tutacaq. Çox maraqlı tədbir olacaq. Mən başqaları kimi konsertdə yanıma rəqqasları yığıb geyimlərlə özümü göstərmək istəmirəm. Bütün mahnılarımı fərqli formada təqdim edəcəm. Eyni zamanda Niyaməddin Musayevin repertuarından olan “Dünya sənin, dünya mənim” mahnısını səsləndirmişəm. Müğənnidən icazə aldım, o da xeyir-dua verdi. İlk dəfədir ki, bu tərzdə mahnı səsləndirirəm”.
Aytən Sadıqzadə
www.oxu.az