Rusiyanın Krasnoyarsk vilayətində yerləşən “Luç” bazarının milliyyətcə azərbaycanlı olan 60 yaşlı direktoru Akif Şixəliyev həbs edilib.
Bu barədə hgs24.ru xəbər yayıb.
Məlumata görə, bazarda baş verən atışma ilə əlaqədar saxlanılan A.Şıxəliyev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, hadisə ilə bağlı “Silahdan istifadə edərək xuliqanlıq etmə” maddəsi ilə cinayət işi açılıb. Buna görə A.Şıxəliyevə 7 il müddətinə həbs cəzası verilə bilər. Münaqişənin digər iştirakçıları da nəzarətə götürülüb.
Xatırladaq ki, fevralın 5-də A.Şıxəliyev özünə məxsus bazarda ov tüfəngindən havaya atəş açıb. Xoşbəxtlikdən zərərçəkən olmayıb.
Bununla bağlı yayılan videoda Şıxəliyevin qarşısındakı şəxsi ov tüfəngi ilə hədələyərək “Dizi üstə! Dizi üstə dedim!”, - deyə qışqırdığı görünür.