Rusiyanın Krasnoyarsk vilayətində axtarış şöbəsinin əməkdaşları qarət ittihamı ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Oxu.Az bu barədə Rusiyanın Krasnoyarsk vilayəti üzrə DİN-in baş idarəsinə istinadən xəbər verir.
2015-ci ildə polisə müraciət edən iş adamı bildirib ki, şübhəli şəxs zorakılıq tətbiq edərək ondan iri məbləğdə pul oğurlayaraq hadisə yerindən qaçıb.
Fakt üzrə cinayət işi açılıb.
N.О.
www.oxu.az