Kıştımada şəhər məhkəməsi Rusiyaya Azərbaycandan gəlmiş Yekaterinburq sakininə hökm oxudu.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, keçən ilin yayından Yekaterinburqda yaşayan əslən Azərbaycandan olan kişi sosial şəbəkədə Kıştımada yaşayan qadınla tanış olub.
Onlar real görüşmək qərarına gəliblər, amma ilk görüş üçün bir qədər qəribə məkan seçiblər. Onlar Kıştıma saunalarından birində görüşmək qərarına gəliblər.
Məşuqəsi dincəldiyi vaxt qafqazlı onun iki qızıl boyunbağısını, mobil telefonunu, fotoaparatını və avtomobilini götürərək oradan uzaqlaşıb.
Gənc qadın üçün bu uğursuz görüşün ziyanı üç yüz min rubl (4 000 dollar) olub.
Kıştıma şəhər məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, müttəhimə iki il azadlıqdan məhrum etmə cəzası verilib. Cəzasını ciddi rejimli həbsxanada çəkəcək.